10.12.2014

Noutbook haqqında

                        Mövzunun ardını oxumaq üçün дaльше düyməsinə basın

Noutbook  haqqında bəzi məsləhətlər

Son dövrlər notbuklara daha çox önəm verilir. Yəni bu növ kompüterlərin istifadə sahəsi çox geniş və daşınması asandır. Çox təsüflər olsun ki, bu növ kompüterlərdə də bəzi problemlərə rast gəlirik. Hansısa hissələri müəyyən istifadədən sonra sıradan çıxır, proqramlarında çatışmamazlıq olur, balaca olduğundan sınma zədələnmə ehtimalları daha çoxdur.
Qeyd etdiyim kimi notbuklar balaca olduğundan ehtiyatlı olmaq lazımdır. Hər hansı ehtiyatsızlıq üzündən kompüterə zərər verə bilərik. Bu baxımdan digər kompüterlərə nisbətən daha diqqətli olmaq lazımdır. 
Əgər ehtiyatsızlıq üzündən kompüterin üzərinə hər hansı maye dağılıbsa kompüteri dərhal söndürmək lazımdır və akkumlyatoru çıxartmaq lazımdır. Kompüteri fen və ya digər başqa qızdırıcılarla qurudmağa çalışmayın. Çünki siz bununla kompüterə daha çox ziyan vura bilərsiniz. Yaxşı olardı ki, kompüteri qoşmayasınız. Özünüz kompüteri düzəltməyə çalışmayın. Daha yaxşı olardı ki, kompüter mütəxəsisinə müraciət edəsiniz.


Əgər notbukdan təkcə evdə istifadə edirsinizsə yaxşı olardı ki, notbukun batareyasını çxardasınız və bir başa elektrikə qoşub işlədəsiniz. Bu sizin notbukun batareyasının ömrünü uzadacaqdır. Belə olduğu təqdirdə ayda birdəfə batareyanı qoşub işlətməyidə yaddan çıxarmayın.
Çalışın notbuku düz yerə qoyun. Belə olduğu təqdirdə ventilyasiya yaxşı işləyəcək və notbuk qızmayacaqdır.
Soyuq vaxtlarda notbuku qoşduqdan sonra onu dərhal söndürməyin, icazə verin qızması üçün bir az işləsin.
Çalışın zədələnmiş USB və kart rider qoşucularından istifadə etməyin.
Notbuku bağladıqda arasın baxın ki, heç nə qalmasın əmin olduqdan sonra bağlayın.



Комментариев нет:

Отправить комментарий