10.15.2014

BOOT MENU açılmırsa

Mövzunun ardını oxumaq üçün дaльше düyməsinə basın


BOOT MENU açılmırsa
Boot menuya daxil olmaq üçün adətən istifadə olunan düymələr F10 və ESC düymələridi...
Düzdür bu bütün kompüterlərdə eyni deyil... Adətən kompüteri qoşanda diqqətnən baxsanız aşağı hissədə boot menuya daxil olmaq üçün istifadə edilən düymə yazılıb. (Boot Menu F10)

Bir çox hallarda windows 8 əməliyyat sistemi olan kompüterlərdə Boot menu düyməsi göstərilmir. Həmçinin Boot Menuya daxil olmaq olmur. Belə olan halda Boot Menuyu aktiv edək....
İlk növbədə Biosa daxil olaq... Bu bir çox kompyuterlərdə F2 düyməsidir... Lakin başqa düymədə ola bilər.... Bunu yoxlayıb tapa bilərsiz...

Daxil olduqdan sonra Boot – Secure Boot bölməsinə keçib Enabled dəyişib Disabled edirik...


 Belə olduqda aşağıdakı kimi xəbərdarlıq pəncərəsi açılaqdır. Narahatlığa dəyməz sadəcə olaraq OK düyməsinə basın


 Boot bölməsində  «OS Mode Selection»   seçib «Enter» basın...

 Açılmış pəncərədə «CMS OS» və ya «UEFI and Legacy OS» seçin və «Enter» basın....


Yenə xəbərdarlıq pəncərəsi açılacaqdır... Yenə OK verin...
  
Etdiyimiz dəyişiklikləri yaddaşa vermək üçün F10 düyməsinə basırıq....

 Yaddaşa verdikdə açılan bu pəncərədə YES düyməsinə basırıq...   

       
Kompüter sönüb təzdən yanacaq və yanan kimi F10 düyməsinə tez-tez basın Boot Menu açılacaqdır...

Комментариев нет:

Отправить комментарий