Mövzunun ardını oxumaq üçün дaльше düyməsinə basın
Drayverləri kompüterə yükləmək
Bir çoxlarımız kompüterə drayverləri yükləyə bilmirik və həmçinin həmin drayverləri hardan tapmağı bilmirik. Bu baxımdan bildiyim ən sadə variantı siznən bölüşmək istərdim. İlk olaraq onu deyim ki, kompüterə drayverlər düzgün yazılmadıqda əvvəlki mövzuda qeyd etdiyim kimi kompüter düzgün işləməyəcəkdir. Bu deyəcəyim variant çox sadədir. Yəni bunu etmək üçün heç bir əlavə istedad lazım deyildir.
İlk olaraq istifadə edcəyimiz proqramı kompüterə yükləmək lazımdır. Düzdür proqramın həcmi çoxdur. Lakin torrent vasitəsilə proqramı yükləmək mümkündür. Proqramın adı Driver Pack Solution. Proqramı yükləmək üçün aşağıda qeyd olunan sayta daxil olun və download bölməsinə keçib yükləyə bilərsiniz.
Yükləndikdən sonra proqramı işə salırıq və proqram özü sizin kompüterdə olan drayverləri yoxlayır. Əgər kompüterdə yazılmamış və ya yenilənəsi drayverlər varsa bu barədə proqram özü diaqnostika edib sizə məlumat verəcəkdir. Sizdən tələb olunan yalnız diaqnostikadan sonra təsdiq düyməsinə basıb drayverlərin yüklənməsini işə salmaqdan ibarətdir.
Комментариев нет:
Отправить комментарий