10.12.2014

Göy ekranın yaranması

Mövzunun ardını oxumaq üçün дaльше düyməsinə basın



Göy ekranın yaranması

Bu nasazlıq artıq göy ekran adı kimi tanınır. Nasazlıq nəticəsində kompüterdə bəzi kodlar yazılmış göy ekran gəlir və bunun nəticəsi olaraq windows əməliyyat sistemi tam yüklənə bilmir. Bir sözlə kompüterdə ciddi nasazlıqla rastlaşmış oluruq. Bu nasazlığı bərpa etmək üçün ilk növbədə düzgün araşdırma aparıb nasazlığın yaranma səbəbini tapmaq lazımdır. Ən azından göy ekranda yazılmış kodlar vasitəsilə yaranmış nasazlığın səbəbini öyrənə bilərik.

Yaranma səbəbləri:
  • Kompüterin aparat hissələrinin sıradan çıxması nəticəsində (Hard disk, Ram, Videokart, və.s);
  • Əməliyyat sistemində konfliktin yaranması nəticəsində.
  • Prossesorda yanma baş verdikdə.
  • Drayeverlər düzgün quraşdırılmadıqda.
  • Drayverlər arasında konflikt olduqda.
  • Drayverin əməliyyat sisteminə uyğunlaşmaması. Yəni 32 bit sistemə 64 bit drayver quraşdırıldıqda.
  • BİOS-da parametrlər düzgün tənzimlənmədikdə.
  • Hard disk tamamilə yükləndikdə.
  • Zərərli virusları, proqramlar kompüterə düşdükdə.
Bu sıranı bir azda artırmaq olar. Nasazlığın yaranmasına səbəb əsas yuxarıda qeyd olunanlardı.
Yaxşı olardı ki, problemlə rastlaşmaq istəmirsinizsə  hər hansı proqramlardan istifadə etdikdə, quraşdırdıqda həmin proqramın lisenziyasının olduğuna əmin olun. Yəni pirat proqramlardan kənar dursanız yaxşı olar. Ən azından bu kimi problemlərdən uzaq olarsınız.
Bu kimi problemlərin həlli çox vaxt kompüterin format olunmasıyla nəticələnir. Yəni kompüteri format edib yeni windows əməliyyat sistemi yükləmək lazım olur.

Комментариев нет:

Отправить комментарий