
Çox vaxt kompüter istifadəçiləri bu kimi problemlə qarşılaşırlar: Siz kompüteri qoşursuz prosessor işləyir lakin Windows əməliyyat sistemi yüklənmir. Bunun yaranması səbəb bir neçə amil ola bilər:
1. Kompüteri düzgün söndürmədikdə: Yəni kompüteri birbaşa elektrik ayırıcısından çıxarıb söndürdükdə və.s. Belə olduqda hard disk öz işini yerinə yetirə bilmir və Windows əməliyyat sistemi zədələnir.
2. Virus nəticəsində: Virus sizin kompüterə düşdükdən sonra sizin proqram təminatının yüklənməsini blokirovka edir.
3. Hard disk nasaz olduqda: Hard disk mexaniki cihazdır və onunda istehsalçı zavod tərəfindən qoyulmuş müəyyən işləmə müddəti vardır.
Kompüterdə Windows əməliyyat sisteminin yüklənməməsinin səbəbinin dəqiq bilmək üçün düzgün diaqnostika aparmaq lazımdır. Aparılan diaqnostikanın nəticəsi olaraq müvafiq işlər görmək olar.
Qeyd olaraq bunu demək istəyirəm ki, birinci və ikinci nasazlıq halında kompüterin bərpası üçün yaxşı olardı ki, kompüter format olunsun yeni Windows proqramı yüklənilsin.
Комментариев нет:
Отправить комментарий