10.19.2014

Windows 7 haqqında

Mövzunun ardını oxumaq üçün дaльше düyməsinə basın

Windows 7


Windows 7 Microsoft şirkətinin hazırladığı əməliyyat sistemi.
Windows 7 əməliyyat sistemini araşdırmağı nəzərə aldım, köhnəsindən fərqli nələr təqdim edir dedim bir nəzər salaq.
Windows XPdən sonra böyük gözləmələrlə çıxan Windows Vista gözəl xüsusiyyətlərinin yanında xüsusilə sistemi çox yorması, yüksək təchizat xüsusiyyətləri istəməsi ilə bir çox istifadəçidən mənfi reaksiyalarla qarşılandı. Microsoft firması da bunuda görməməzlikdən gəlmədi və yeni xüsusiyyətlər əlavə edərək və daha az sistem qaynağı istifadə edən Windows 7 əməliyyat sistemini hazırladı.
Windows 7 versiyaları
Windows 7 versiyalarına baxsaq 6 ədəd versiyası var. Starter, Home Basic, Home Premium, Professional, Ultimate, Enterprise.
Bu versiyalardan Starter Edition olduqca məhdud bir distributiv; müəyyən ədəddə tətbiqi eyni anda işlədə bilmə, maksimum yaddaş məhdudlaşdırması, 64 bit dəstəyinin olmayışı kimi daha da uzanıb gedən məhdudlaşdırmalara sahib bir distributiv.
Home Basic və Home Premium; Ev istifadəçilərinə istiqamətli, Starterə görə yaxşı xüsusiyyətlərə sahib, ancaq yenə də domain mühitində iş qabiliyyətinə sahib olmayan, multimedia və qrafik xüsusiyyətlərə (Windows Media Center, Windows Aero) sahib versiyalardır.
Professional; Professional Distributiv XP Professionalda olduğu kimi ev mühitindən çıxıb işyerinə doğru yol alan bir distributiv. Bu distributivdə domain mühitinə qatıla bilmə, remote desktop edə bilmə, EFS, Windows XP rejimə kimi iş mühitini maraqlandıran xüsusiyyətlər mövcud.
Enterprise və Ultimate; Bu iki distributiv Windows 7in bütün xüsusiyyətlərini ehtiva edən iki distributivi. İki distributivin xüsusiyyətləri eyni, fərqi isə yalnız lisanslama tərəfində ortaya çıxır. Enterprise distributivində volume lisanslama edilə bilir.
Təchizat Ehtiyacları

Proqram təminatı

Nüvə32-bit - x8664-bit - x64
Prosessorən az 1 GHz sürətində prosessor 1.60 vəya 2.00 GHz məsləhətdi. (Performans üçün)
Operativ yaddaş1 GB RAM - 1-3 GB (Performans və XP rejimi üçün)2 GB RAM - 4 GB (Performans və XP rejimi üçün)
Video kart (VGA)DirectX 9 qrafiklərini Dəstəkləyən 128 MB'lık Grafik kartı yaddaşı (Windows Aero üçün)
Hard disk həcmi16* GB boş yer (*Bütün Windows xüsusiyyətləri ilə.)20* GB boş alan (*Bütün Windows xüsusiyyətləri ilə.)
DrayverDVD-R/W Driver ya da 4 GB vəya daha böyük USB flash

Versiyalar

Starter Edition

  • daha sadə və istifadəsi daha asandır
  • windows 7 starter, sizinlə görəcəyiniz işlər arasındakı prosedurlari azaldaraq (daha az gözləmək, daha az tıklatma, şəbəkəyə bağlanarkən daha az çətinlik) şəbəkə dizüstü kompüterlərin istifadəsini asanlaşdırır.

Windows 7 Home Basic

  • hər gün etdiyiniz prosedurları sürətləndirir və asanlaşdırır.
  • windows 7 home basic, ən çox istifadə etdiyiniz yazılımlara və sənədlərə çatmağı daha da asanlaşdırır, beləliklə axtarmağa daha az, prosedur etməyə daha çox vaxt ayıra bilərsiniz.

Windows 7 Home Premium

  • windows 7 premium bir ev şəbəkəsi yaradaraq xoşladığınız şəkilləri, videoları və musiqiləri bölüşməyinizi asanlaşdırır
  • tv-yə baxa, dayandıra, geriyə qaytara və yaddaşa sala bilərsiniz.
  • daha çox əyləncə və oyun üçün yaradılıb.

Windows 7 Professional

  • iş yerində və evdə ehtiyaciniz olan her şey üçün.
  • Bir çox Windows XP verimlilik drayverini Windows XP modunda işlədə bilər və avtomatik verilərlə ev və iş yeri şəbəkənizə yenidən yükləyə bilərsiniz
  • Həmçinin Homegroup baglantısı ilə şirkət şəbəkələrinə qoşula bilərsiniz.

Windows 7 Ultimate

  • bütün xüsusiyyətləri istəyənlər üçün buraxılmışdır
  • Windovs 7 Ultimate ən istifadəyə rahat və ən güclü versiyadır.
  • Home Premuimun əyləncə xüsusiyyətlərini və Professinalın Windows XP rejimində işləyə bilmək xüsusiyyətlərini özündə birləşdirir.
  • Əlavə təhlükəsizlik üçün Bitlocker və Bitlocker TO GO ilə parol qoya bilərsiniz. Həm də 35 müxtəlif dildən istifadə imkanları da var.

Windows 7 Enterprise

  • Şirkətlər üçün nəzərdə tutulmuşdur.
  • Windovs 7 Enterprise sadəcə korporativ şirkətlərə satılır və Ultimatedən daha çox funksionallığa sahibdir.

Yeniliklər

Əməliyyat sistemi multitouch sistemini dəstəkləyir. Şəbəkə texnologiyası olan Branch Cache internet-trafiki özündə keş yaddaşa atmağa icazə verir. Əgər istifadəçiyə lokal şəbəkədə fayl lazım olursa, hansı ki öz şəbəkəsindən olan istifadəçi tərəfindən yüklənib, onda istifadəçi asanlıqla bu faylı keş saxlayıcıdan götürə bilər. Şəbəkə keşi 2 rejimdə işləyə bilər – Hosted Cache və distributed Cache. Əməliyyat sistemində həmçinin müxtəlif ölkələri təmsil edən 120 masaüstü şəkil quraşdırılıb. Bütün versiyalar özündə 50 yeni şrifti birləşdirir. Windows 7 windowsun ilk versiyadır, hansi ki özündə latın olmayan şriftləri dəstəkləyir. Windows 7 Vistanın bütün drayverlərini dəstəkləyir.

Multimedia

Bu versiyanın tərkibində buraxılmış directx 11 özündə növbəti yenilikləri birləşdirir: Yeni şeyderlerin dərk proqramı əlavə olunub, renderinqin çoxcərəyanlı xüsusiyyəti teselyasıyanın mükəmməlləşdirilməsi, tekstur kompresinin yeni alqoritmi əlavə olunub və s. Yeni windows media player 12 yeni interfeys alıb və əvvəlki versiyalardan fərqli olaraq daha çox kodek dəstəkləyir. Doğrudur, o hələ ki lisenziyalı Blu-Ray diskini oxuda bilmir, ancaq ondakı məlumatları oxumaq və diskə məlumatlar yazmaq mümkündür.

Mobillik

Baxmayaraq ki Windowsun mərkəzi mobillik sistemi Vista ilə müqayisədə çox da böyük dəyişikliyə məruz qalmayıb, windows 7 Vistaya nəzərən noutbuklarda daha çox vaxt işləmək imkanına malikdir, əsasən də dvd videoların oynatılmasında bu fərq nəzərə çarpır. Həmçinin də windows 7-nin avqust buraxılışında rekord müddətdə sistemin yükləməsi baş verib: cəmi 11 saniyə. Sistem SSD diskini açdı və başqa yüksək tutumlu proqramları işə saldı. Həmçinin intwel noutbuklarında Internet Explorer brauzerinin testlərdə yaxşı nəticələr əldə etdiyini qeyd etmək lazımdı. Ancaq müstəqil aparılan testlərdə 7-ci versiyanın Windows XP-dən nəzərə çarpaçaq dərəcədə noutbuklarda batareyanın işləmə müddətini azaltdığı nəzərə çarpır. Laptopmag.com jurnalının eksperimentləri apardıqları təcrübədə bu fərqin nə qədər böyük olduğu qənaətinə gəliblər: 47 dəqiqə daha az. ASUS noutbuklarında isə bu fərq daha çoxdu: 57 dəqiqə. Qeyd edək ki Microsoft firması bu barədə rəsmi açıqlama verməyib. Və bunu da windows 7-nin çatışmazlıqları sırasına yazmaq olar.

İnterfeys

Windows 7-nin desktopu digər Windowslardan xeyli fərqlənir. Bu fərqlilik onun maraqlı, mulmedional interfeysində, həmçinin açılmış pəncərələrin idarə edilməsində özünü biruzə verir. Həmçinin buraya yeni Aero Peek interfeysi də quraşdırılıb ki, bu da istifadəçiyə xüsusi zövq verir. Digər Windowslardan fərqli olaraq 7-də Show desktop düyməsi saatın sağına quraşdırılıb. Kursoru üstünə gətirdikdə desktop pəncərəsi şəffaf pəncərədə görsənir. Açıq pəncərələrin sərhədlərinin şəffaf görsənməsi isə interfeysi maraqlı edir. Həmçinin desktopda pəncərənin böyüdülməsi sistəmi də (Snap funksiyası) çox əla düşünülmüşdür. Bir neçə pəncərə açıq olanda qabaq pəncərəni silkələməklə digərlərinin aşağı düşməsi (Shake funksiyası) də istifadəçiyə rahatlıq gətirir.
Həmçinin açılan pəncərənin adının üstünə gəldikdə həmin pəncərənin balaca görüntüsünü göstərmək funksiyası bizə vistadan tanış bir funksiyadır.
Start düyməsi də cox istifadəyə rahat səkildə duzəldilmisdir.
Belə ki burda artiq Startin 2 cur interfeysi legv olums, run pəncərəsi qismən gizlədilmiş əvəzində serach yerinə yazmaqla əvəz edilmişdir. Hər bir proqramın üstünə gədldikdə qabağında onun son dəfə istidadə olunmuş fayllar avtomatik açılır. Yeni Standartlar – Sticky notes və Snipped tool cox elverişli proqramlardı. Snipped tool vasitəsilə displayde istədyimiz gorüntünün hansısa bir hissəsini kəsib şəkil kimi gotürmək olar.

Fayl sistemi

Windows 7 əsasen NTFS və Fat32 fayl sistemlərinə yazilır. Bu fayl sistemləri bir birindən çox fərqlənirlər. NTFS Windows 7 üçün ən məsləhətli fayl sistemidi. ONun FAT32 dən üstün cəhətləri aşağidakılardı.
NTFS

--Diskin bir necə xətasından sonra avtomatik bərpa olunma funksiyası
--böyuk həcmli Hard disklərin dəstəkləmək funksiyası
--yüksek təhlukəsizlik. Istafadəçi girişi üçün başqa fayllara qadaöa qoymaq funksiyası.

Fat 32
Fat32 fayl sistemi daha çox Windowsun əvvəlki versiyalarinda Windows 95 , Windows 98 ve Windows ME istifade olunurdu. Fat32 də həm də həcm limiti problemi də var. beləki bu sistemde 32qb dan artiq hissələr ayirmaq olmur.

Nüvə

Əvvəlcədən xəbər verilidiyi kimi Windows 7 yeni Miniwin nüvəsinin keyfiyyət göstəriciləri üstündə qurulmayacaq. Stivens sinofskinin sözlərinə görə korporasiya yeni sistemin Vista drayverləri ilə üzərində çalişacaqdı. Ona gorə də windows Server 2008 nüvəsindən istifadə olunacaq. 4 noyabr 2008 ci ildə Mark Russinoviç bəyan etdi ki windows 7 əslində MiniWin nüvəsi üzərində qurulacaq ancaq işləmə prinsipi isə nüvənin qatlara bölünməsi prinsipi üzrə işləyir və hansi baza qatı (kernelBase.dll və s.) cəmi 30 mb yer tutur ancaq qalan funksiyalar isə kohnə kitabxanalarda qalır.(meselcun kernel32.dll və s) proqramların və drayverlərin işləyə bilməsi üçün bu funksiya funksionalliı sxem bölüşdürülməsinin hesabına nəzərə çarpmır.
Professional istifadəçilər üçün xüsusi tip virtual paketler hazırlanıb hansi ki Windows 7 nin tərkibində windows xp ni Intel VT və ya AMD-V prosessorları istifadə etməklə işlətmək mümkündü. Ancaq bunun üçün 15 gb boş yer və ən azı 2 gb Ram diski lazımdı.(64bitlik versiyalar ücün 3 gb)

Təhlükəsizlik

Windows 7 də daha User Account Control (UAC) realizə olunub hansi ki Vistadan fərqli olaraq "həmişə xəbərdar et " və "heç vaxt xəbərdar etmə " rejimləri arasında daha 2 rejim mövcuddur. : "proqram kompüterdə dəyişiklik etdiyi zaman xəbərdar et" və " "proqram kompüterdə dəyişiklik etdikdə xəbərdar et ( desktop istisna)" . qeyd etmək lazimdı ki bu sistem ancaq proqram və ya arxa rejimde işlək vəziyyətdə olan zaman işləyir.
Həmçinin Bitlocker texnologiyasında dəyişiklik edilib və yeni Bitlocker to go funksiyası əlave edilib.
Həmçinin dəyişikliklər windows brandmauerde də özünü əks etdirir. Hansı ki proqramın şəbəkəyə müraciəti zamanı firewall sistemi avtomatik xəbərdarlıq edir. Applocker sistemi isə qadağan olunmuş proqramların açılmasının qarşısını alır.
DirectAccess fon rejiminde şəbəkəyə təhlükəsiz bağlanmanı təmin edir. VPN dən fərqli olaraq bu sistem istifadeçi iştirakını lazım bilmir.


Mənbə:  Vikipediya - V.S 2014

Комментариев нет:

Отправить комментарий