Mövzunun ardını oxumaq üçün дaльше düyməsinə basın
Windows 8
Yaradıcı | Microsoft Koorparasiası |
---|---|
ƏS ailəsi | Windows NT |
İlk buraxılış | 26 oktyabr 2012 |
Final versiyanın yenilənmə tezliyi | İldə bir dəfə |
Yenilənmə üsulu | Yenilənmə mərkəzi Windows Windows, Windows Store |
Dəstəklənən dillər | Çox dilli |
Dəstəklənən platformalar | x86, x64, ARM |
İnterfeys | Metro UI |
Lisenziya | EULA |
Vəziyyəti | Aktiv |
Vebsaytı | Rəsmi saytı |
Windows 8 — Microsoftun yaratdığı əməliyyat sistemi. Windows 8 Microsoft şirkətinin fərdi kompüterlər üçün istehsal etdiyi, hələlik son olan əməliyyat sistemidir.
Windows 8 26 oktyabr 2012-ci ildə satışa çıxarılmışdır. Əməliyyat sisteminin planşet versiyasının birinci və ən gözəçarpan dəyişikliyi onun interfeysidir. Hazırda interfeysdə adət etdiyimiz “Start” düyməsi yoxdur, işçi masası isə klassik Windows -dan daha çox Windows Phone-a bənzədilir. Windows 8-də yüklənmə sürətini yüksəltmək, sistemin gözləmə rejimdən çıxma vaxtını azaltlmaq, enerji sərfiyyatı effektivliyini artırmaq, eləcə də personal kompüter istehsalçılarına, öz kompüterlərini əvvəlcədən qurulmuş əməliyyat sistemi ilə daha keyfiyyətli uyğunlaşdırmaq imkanı verən yeni alətlər təqdim edib. Windows 8 əməliyyat sisteminin final versiyasında qacetlər, yəni işçi masanın üzərində olan, informasiya və ya alətlərə qısa yol olan mini proqram əlavələri yoxdur. Əməliyyat sistemində iki yeni arxitektura dəstəklənir: SoC (“çip üzərində sistem” – System on a Chip) və ARM-dən gedir. Portativ qurğular üçün nəzərdə tutulmuş hər iki arxitektura ənənəvi “x86” platformasına nisbətən daha kiçik enerji sərfiyyatı və maya dəyəri ilə fərqlənir. Microsoft şirkətinin hesablamasına görə, Windows 8 əməliyyat sistemi istifadəyə verildikdən 3 gün sonra onun 4 milyondan çox surəti satılıb.
Aparat tələbləri
Takt tezliyi 1 Qhs olan prosessor, 2 qiqabayt operativ yaddaş, sərt diskdə 20 Qb sərbəst yer, ən azı 1366x768 və DirectX 9 formatı dəstəkləməlidir.
Mənbə : Vikipediya - V.S 2014
Комментариев нет:
Отправить комментарий